Məzmuna keç

Var (Xəyyat Mirzə)

Vikimənbə saytından
Var
Müəllif: Xəyyat Mirzə
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

  
Hicran xəstəsiyəm dərdə giriftar,
Mənim bu dərdimin nə loğmanı var.
Nə ömrüm tamamdır borcdan qurtaram,
Nə cərrah əlacı, nə dərmanı var.

Sərgərdan qalmışam əlacdan naçar,
Namərd qaydasıdır arxadan qaçar,
Qəlbin sandığına olaydım açar,
Açaydım, görəydim nə gümanı var.

Dərdimi demərəm nə qəhrəmana,
Nə Sama, Rüstəm tək bir pəhləvana,
Şikayət eylərəm adil divana,
Nə mülkü, şəriki, nə məkanı var.