Var (Xaltanlı Tağı)
Görünüş
Var Müəllif: Xaltanlı Tağı |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Gərək olmayasan ağıl möhtacı,
Olsan bu dünyada əziyyətin var.
Qaldırsan yıxılanı, doydursan acı,
Sanarsan Kəbəyə ziyarətin var.
Qoç igidlər bu dünyada var olsun,
Hər biri könüldən xəbərdar olsun,
Ağalar ağası sənə yar olsun,
Bəndə duasından nə minnətin var.
Nə qədər cəhd etsə söndürməz yağı,
Bir kəsin yanırsa Haqdan çırağı,
Başını uca tut Xaltanlı Tağı,
Ellərin içində çün hörmətin var.