Var (divani, Aşıq Heydər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Var (divani, Aşıq Heydər) Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Dediyini yaxşı qandım,
Hər yerin pələngi var,
Kiminin yaxşı sifəti,
Kiminin bəd rəngi var;
Yaxşı-pislə qoşa gedər,
Bu dünyada yan-yana
Tula ayrı, köpək ayrı,
Bir də maşqı, şəngi var.
Mərdə tanrı hər şey verib,
Bilirsən bunu sən də,
Sözlərimə sən baxırsan,
Batıb noğula, qəndə;
Mən də sözün aşiqiyəm
Niyə durum ki, gendə
Güləşmirəm, deyişirəm
Sözün də bir səngi var.