Var (gəraylı, Şirəkli Həsən)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Var Müəllif: Şirəkli Həsən |
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14. |
Yoldan çəkmərəm gözümü,
Ağbabadan gələnim var.
Həsrətimdən dağ-dağ olan,
Dərd-sərimi bilənim var.
Tanrı özü kömək etsin,
Əllərim doğmaya yetsin.
İtim hürsün, tüstüm tütsün,
Mənim qəmdən şölənim var.
Bağrına daşı bağlayan,
Ağbaba deyib ağlayan,
Arpaçay kimi çağlayan,
Həsən kimi ölənim var.