Var imiş
Var imiş Müəllif: Məzun |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Men gelmedim burda çəkəm bari-qem,
Qem var imiş, bu qəmxana var imiş.
Men içmekde götünnerəm cami-Cem
Mey var iiniş, bu meyxanə var imiş.
Gözel gözleri məst imiş xun-riz
Ərguvan lebləri, dili şekər-riz.
Möhnət çekmiş oğlan, məhebbetli qız
Rəxil ata, zahm ana var imiş.
Dedi o ki, qoydu eşqin binasın,
Məşuq yandırası, aşiq yanası.
Qızılgül cəfası, bülbül nalası
Şam var imiş, bu pərvanə var imiş.
Kimin derdi çoxdur, kimin dərdi az
Kimi dil-pərişan, kimi dil-nəvaz.
Məcnun mest aşiqdir, Leyli məsti-naz
Dağ var imiş, bu divanə var imiş.
Cahanı yandıran cahan afərin,
Əzeldən buyurmuş bu rəsm, bu ayin,
Fərhada Bisütun, Xosrova Şirin
Bu dastanü bu əfsanə var imiş.
İşvə ki rəxnə saldı imana,
O tiri-qəmzə ki kar etdi cana,
Nə bir Məzun döşü, oldu nişana.
Tir var imiş, bu nişana var imiş.