Var istə məndən
Görünüş
Var istə məndən Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Dedim gir qəlbimə, düz ilqar ara,
Demədim əl çirki, var istə məndən.
Utanma, yolunda gərəksə canım,
Belə xoş səxavət var, istə məndən.
Göründün gözümə təravətli sən,
Dedim eşqində də təravətlisən.
Saf bir eşqə bağlı təravəti sən,
Könlümün evinə var, istə məndən.
Məmmədhüseyni yanar oda qaladın,
Peyman etsən var, ömrümdə qaladın.
Ummasın bu qədər qilü-qal adın,
Çirgiməsin qəlbin var üstə məndən.