Məzmuna keç

Varsağı (Qaracaoğlan)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Varsağı (Qaracaoğlan)
Müəllif: Qaracaoğlan
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

- Yürü behey Bulqar dağı,
Səndən uca dağ olmamı?
Sən yaylanın gözəlisən
Yanaqların ağ olmamı?

Bulqar dağı iki çatal
Arasında güllər bitər.
Bir iyidə bir yar yetər
İki sevən dəl(i) olmamı?

Bulqar dağı parə-parə
Kim al geyər, kimi qarə.
Salam eylən nazlı yarə
Ayrılanlar bir olmamı?

Hanı xanlar, hanı xanlar,
Qəfəsdə bəslənən canlar.
Sevib-sevib ayrılanlar
Yanıb-yanıb kül olmamı?

Qaracaoğlan səni gördüm,
Duşunu xeyirə yozdum,
Bu gün gözəllərə sordum,
Gözəllərə qul olmamı?