Məzmuna keç

Vaxtıdır (Seyid Rza Sabir)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Vaxtıdır
Müəllif: Seyid Rza Sabir
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Dilbəra, gəl, gəl ki, əyyami-baharın vaxtıdır,
Daməni-səhradə seyri-laləzarın vaxtıdır,
Mövsimi-gülkəşt, cami-zərnigarın vaxtıdır,
Sən kimi fərxəndəzati-gülüzarın vaxtıdır,
Dövri-ruxsarında zülfi-tabdarın vaxtıdır,
Lütf elə, can almağa çeşmi-xumarın vaxtıdır,
Görməyə ruxsarını bu dilfikarın vaxtıdır.

Sızlaram şamü səhər hicrində daim misli-ney,
Şahidi-halımdır aləmdə mütəlləq küllü şey,
Zövqi-könlümdür təmənnası ləbindən "mim"ü "bey",
Qaşların manəndi-Bismillah içində ikki "rey"
Olrauşam dərdi-qəmi-hicrinlə həmağuş hey,
Çəkmə gəl, xaki-məzəllət içrə ınunca qəhri-dey,
Dilbəra, gəl, gel, ki, əyyami-baharın vaxtıdır.

Rahzənük etdi çox eşqində ovbaşi-fələk,
Görmədi sahir sənin tək çeşm, nə qaşı-fələk,
Gözlərindən paybusun çox töküb yaşı-fələk,
Çəkmədi xəttin kimi bir xamə nəqqaşi-fələk,
Nəşə verməz badətək tiryak, xaşxaşi-fələk,
Döşəmiş işrət büsatın türfə fərraşi-fələk,
Daməni-səhradə seyri-laləzarın vaxtıdır.

Əndəlibasa gülüstan üzrə cəngü cuş edək,
Növərusi-şahidi-mənanı həmağuş edək,
Mərifətdən neççə əlfazi-qəribə guş edək,
Can dimağın badeyi-gülrəng ilə mədhuş edək,
Könlümüzü saqiyi-rənayə duşa-duş cdək,
Sağəri-peymanəni bəzm içrə nuşa-nuş edək,
Mövsimi-gülkəşt, camı-zərnigarın vaxtıdır!

Sübhdən bazarı-hüsnün gör nə rəngin eyləmiş,
Guşeyi-əbruların xətt ilə təzyin eyləmiş,
Ləli gövhərbarın ol Fərhadı Şirin eyləmiş,
Aşiqi -şeydanı ellərdə süxənçin eyləmiş.
Lütfünü eşq əhlinə qayətdə səngin eyləmiş,
Türrəsin badi-səba dəst ilə çin-çin eyləmiş,
Dövri-rüxsarında zülfi-tabdarın vaxtıdır.

Munca kim, eşqin yolunda etdim onu cüstcu,
Üzdü övqatı-qərarım, dəşti-qəmdə rah, bu,
Demədim ol zülfi-mişgəfşanə halım mubəmu,
Rəşheyi-ləli-ləbindən könlüm eylər arizu,
Xəsmi-can etmiş cigərdən ikki xunxari-ədu,
Əylənib bu macəradə bir-birilə rubəru,
Lütf elə, can almağa çeşmi-xumarın vaxtıdır.

Ey Rza, aşiq deyil kim eyləsə namusu nəng,
Eyləməz eşq əjdərilən mütləqa aşubi-cəng,
İçməyən cami-ələstdən key olar məsti-pələng,
Hanı məhrular içində sən kimi bir şuxü şəng?
Arizindən gül xəcil, həm ləblərindən qönçə təng,
Kəsmə gəl, payi-məhəbbət, başın üçün etmə ləng,
Görməyə ruxsarını bu dilfikarın, vaxtıdır.