Vermərəm səni (Aşıq Qurbani)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Vermərəm səni Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Başma döndüyüm ay pərizada,
Can içində cana vermərəm səni.
Neylərəm bostanı, neylərəm bağı,
Yüz bağu-bostana vermərəm səni!
Dağlarda maralsan, çöllərdə ceyran,
Ordubad, Naxçıvan boyuna heyran,
Tamaşaya gələr cəmi Gülüstan,
Güllü Dağıstana vermərəm səni.
Qurbani der: can içində can gələ,
Yaş yerinə gözlərimdən qan gələ,
Camalm görməyə Süleyman gələ,
Taxti-Süleymana vermərəm səni!