Verməzdi kimsə kimsəyə nan, minnət olmasa
Görünüş
Verməzdi kimsə kimsəyə nan, minnət olmasa Müəllif: Yusif Nabi |
Verməzdi kimsə kimsəyə nan, minnət olmasa,
Bir məsləhət görülməz idi rüşvət olmasa.
Xəlqin miyanəsində bulunmazdı ittihad,
Məşriblərində vasiteyi-xissət olmasa.
Kəndi vücuduna böylə qılmazdı məali xəlq,
Qəsdi-nümayişi-şərəfü şövkət olmasa.
Yox biqərəz müamilə əhli-zəmanədə,
Kimsə ibadət etməz idi cənnət olmasa.
Təhsili-elmin üstünə tərcih edərmi nas,
Təhsili-məal vasiteyi-rifət olmasa.
Kəmyab idi miyani-ləimandan imtizac,
Mabeynində əlaqeyi-cinsiyyət olmasa.
Etməz zühur ərsədə bir kimsədən kərəm,
Ziminində qəsdi-daiyeyi-şöhrət olmasa.
Baxmazdı kimsə ayineyi-safə, Nabiya,
Xudbinlik əlaqəsinə alət olmasa.