Məzmuna keç

Vessantara çataka

Vikimənbə saytından
Vessantara çataka
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: 1530 misradan ibarət olan “Vessantara-çataka” adlı abidə səh.8-11

Şivaqxoşa şəhərinin hakimi Şivinin övladı olmurdu. Uzun müddət o dualar edib oğlunun doğulmasını istəyir. Axır ki, onun duaları qəbul olundu və arvadı ona oğlan doğdu. Şivi ilkin övladının adını Sudaşan qoyur. Sonrakı epizodlarda onun böyüməsindən, yüksək tərbiyə almasından, gözəllər gözəli Mandri ilə evlənməsindən, Mandridən onun Karşnayan adlı oğlunun və Calin adlı qızının olmasından bəhs olunur. Bir gün şahzadə saraydan çıxarkən qarşısında böyük bir dilənçi dəstəsi görür və kədərlənir. Onlara ianə vermək istəyir və bunun üçün atasından icazə istəyir. Atası ona fillərin ağ hökmdarı olan Racvarta adlı fildən başqa nəyi istəyirsə ianə verməsinə razı olur. Şahzadə kasıb lara ianə verir. Onları şadlandırır. Bu xəbər bütün dünyaya yayılır. Günlərin bir günü şahzadə saraydan çıxarkən ona min ağac uzaqdan gəlmiş bir brəhmən yaxınlaşır və ondan məhz həmin fili istəyir. Öz səxavət prinsiplərini pozmaq istəməyən şahzadə, brəhmənin istəyini rədd etmir. Elə fikirləşir ki, brəhmən fillər içindən Racvarta adlı fili tapa bilməyəcək və başqa birisini seçəcək. Ancaq onu fillərin sürüsünə aparanda brəhmən özündə olan sirli biliklərdən istifadə edib cadunun gücü ilə Racvarta adlı fili tapır. Şahzadə də atasının sözündən çıxıb fili ona bağışlayır. Bundan xəbər tutan Şivi bərk əsəbiləşir və müşavirlərini toplayaraq oğlunu cəzalandırmaq üçün onlardan məsləhət istəyir. Müşavirlər qəddar cəza söyləyirlər və şahzadənin atası onların məsləhəti ilə oğlunu səhranın ortasında olan Dandarak şəhərinə sürgün edir. Bu şəhərdə vəhşi heyvanlar və adamyeyən iblislər yaşayırdı. Sudaşan sürgün yerinə yola düşəndə arvadı xahiş edir ki, onu və uşaqlarını da özü ilə götürsün. Sudaşan bunu etmək istəmir, ancaqarvadı söyləyir ki, əgər ailəsini özü ilə götürməsə özünü və uşaqlarını öldürəcəkdir. Şahzadə məcbur qalıb ailəsini də özü ilə götürür. Kitabda onların təntənəli surətdə yola salınmaları, yol üçün yeməklər götürmələri, ayrılandan sonra hönkür-hönkür ağlamaları təsvir olunur. Bir müddət yol gedəndən sonra brəhmənlə rastlaşırlar və brəhmən deyir ki, Şivaqxoşa şəhərinə gedir. İstəyir ki, orada mərhəmətli şahzadə ilə görüşsün. Bu vaxt Sudaşan öz taleyi barədə danışır. Brəhmən bi ləndə ki, şahzadə artıq ona heç nə verə bilməz, yerə sərilib ağ lamağa başlayır. Sudaşan onu sakitləşdirmək üçün bir qızıldan olan gül verir və deyir ki, o da nə istəsələr versin. Olsun ki, bu yolla ikinci həyatında brəhmən budda olsun. Sudaşan yol boyu yeni brəhmənlərlə rastlaşır və onlar da şahzadədən nəsə almaq üçün yola düşdüklərini deyirlər. Şahzadə də özündə olan hər şeyi, hətta faytonu belə verir. Ayaqyalın, başı açıq bütün yolu gedən Sudaşan və onun ailəsi bir şəhərə çatırlar. Ali dini heyət onların əzab - əziyyətini görüb belə fikrə düşürlər ki, əsl xilaskardırlar. Ona sitayiş edib yaxşı saraya aparırlar, onlara qulluqçular verirlər. Şahzadə həmin şəhərdə yeddi gün qalır və səkkizinci gün deyir ki, atası onu Dandarak şəhərinə sürgün etmişdir və getməlidir. Onlar şəhərdən çıxandan sonra arxalarına baxırlar və səhrada bitən tikanlardan başqa heç nə görmürlər. Uzun müddət gedəndən sonra Dandarak dağında onlar bir zahidin alaçığını tapırlar və həmin zahid onları öz alaçığına dəvət edir. Sudaşan da ağaclardan özünə belə bir alaç ıq düzəldir. Onlar həmin alaçıqda yaşayıb otlarla, ya banı meyvələrlə qidalanırlar. Vəhşi heyvanlar onların alaçığına gə ləndə Sudaşanı görüb ona təzim edir, ayaqlarına düşürlər. Günlərin birində Sudaşan, arvadı meyvə yığmağa gedəndə onun alaçığına ianə üçün gələn bir brəhmənə məcbur qalıb iki övla dını bağışlayır. Brəhmən onları aparanda torpaq altı yerdən titrəyir, okean suları qaynayır. Arvadı övladlarının itirilməsindən dərdə düşür, ancaq məcbur qalıb baş verənlərlə barışır. Sudaşan və onun arvadı çət in şəraitdə, vəhşi heyvanların arasında yaşayırlar. Baş Allah Sudaşanın mərhəmətinin hüdudunu öyrənmək üçün qoca, çirkin bir brəhmən simasında onun qarşısında görünür və ondan arvadını istəyir. Sudaşan bu barədə arvadının rəyini öyrənir. Ar vadı deyir ki, uşaqlara rəhmin gəlmədisə, mənə də rəhmin gəlməsin. Şahzadə arvadının qolundan tutub, onu brəhmənə verir. Ancaq brəh mən onu aparmır və şahzadəyə qaytarır. Deyir ki, arvadı onun yanında əmanət qoyur. Bir müddətdən sonra onun dalınca gələcəkdir. Uşaqları hədiyyə alan brəhmən onları dünyanın hansı yerinə satmağa aparırsa, faydası olmur. Əzablı həyatdan son dərəcə halsız olan arıq, zəif uşaqları heç kəs almır. Təsadüfən brəhmən uşaqları Şivaqxoşa şəhərinə gətirir. Uşaqları əyanlardan biri görüb tanıyır və bu barədə babaları Şivi şaha xəbər verir. Bunu eşidən baba özünü itirib taxtının yanına düşür. Şivi şah özünə gəlib nəvələrinin yanına qaçır və onları görür. Nəvələrini aparmaq istəyəndə onlar etiraz edib deyirlər ki, gərək babaları brəhmənə pul versin, çünki, atalarının bağışladığı andan brəhmənin quludurlar. Brəhmən biləndə ki, müştəri imkanlıdır uşaqları ona min vola satır. Uşaqlar babalarına valideynlərinin acınacaqlı vəziyyətdə yaşamalarını danışırlar. Şah fərmanından peşiman olub oğlunun dalınca qasid göndərib geri çağırır. Ancaq şahzadə buna razı olmur və deyir ki, fərmanda on il sürgün yazılıbsa həmin müddəti çəkməlidir. Vəziyyəti belə görən şah onun dalınca nümayəndələr göndərir. Nümayəndələrlə birlikdə çoxlu at, fil, yaraşıqlı paltarlar göndərir. Yalnız bundan sonra Sudaşan şəhərə qayıtmağa razı olur. Şahzadə qayıdanda atası öz taxtına onu çıxarıb hədiyyələr verməyinə izin verir.