Məzmuna keç

Vidadinin Qoşması

Vikimənbə saytından
Düşübdür
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Ey ağalar, bir nigarın oduna,

Dəli könül yana-yana düşübdür.

Mən ki, düşüb bu hal ilə yanaram,

Nə səməndər, nə pərvanə düşübdür.


Açılıb cənnət tək cəmalın gülü,

Oxur çövrəsində şeyda bülbülü,

Bu gülşənin yasəməni, sünbülü,

Nə bir bağa, nə bostanə düşübdür.


LəTi-ləbi bənzər gövhər kanına,

Düzülüb gövhər tək dür dəhanma,

Siyah tellər ağ buxağın yanma,

Xırda xallar zənəxdanə düşübdür.


Könül dost kuyinə etdikcə güzər,

Qanlı qəmzəsindən etməzmi həzər?

Gözüm çıxdı, etdi ona çün nəzər,

Gör necə kəsilməz qanə düşübdür.