Vikimənbə:Etik qaydalar
Görünüş
Etik qaydalarda — bir istifadəçinin digər istifadəçilərlə necə davranmalı olduğu barədə qaydalardır. Vikipediya və onun layihələri rəngarəng auditoriyaya malikdir və hər cür baxış və mövqelərə malik istifadəçilərlə zəngindir. Ona görə də istifadəçilərin bir-biri ilə davranışı bu harmoniyanı qoruyub saxlamağın ən başlıca üsuludur.
İstifadəçi necə olmalıdır
[redaktə]- İlk öncə xoş niyyətli olmaq lazımdır. Yəni sizin VikiMənbədə məqsədiniz maddi gəlir əldə etmək, kimisə reklam etmək və ya digər şəxsi məqsədlər deyil, məhz bu layihəni zənginləşdirmək olmalıdır.
- Klassik qızıl qaydanı yaddan çıxarmaq olmaz: özünüzə layiq bilmədiyinizi başqasına da etməyin!
- Nəzakətli olmaq əsl vikimənbəçinin keyfiyyət nişanıdır. Bunu yaddan çıxarmayın! Yaddan çıxarmayın ki, yazılı ünsiyyətdə sәrhәdi keçmək şifahi ünsiyyətdəkinə nisbətən xeyli asandır.
- Bütün danışıqlarınızı imzalamağı unutmayın. Sözlərinizin arxasında durun (hərfi mənada :)).
- Konsensusa doğru fəaliyyət göstərin, destruktiv olmayın.
- Diqqәtinizi şəxslərə deyil, məzmuna yönəldin.
- Sualları qulaq ardına vurmayın, kar-kor oyunu oynamayın, müraciətləri cavabsız qoymayın.
- Yanlışlarınızı etiraf etməyi bacarın, səhvlərinizi qəbul edin! Üzr istəməyə heç zaman çəkinməyin.
- Öz qüsurlarınızı nəzarətdə saxlayın! Qərəzinizi və qəzəbinizi cilovlayın!
- Bağışlayın və unudun!
- Tərifləməkdən usanmayın. Uğurlu istifadəçilərə daim öz təşəkkürünüzü çatdırın. Mükafatlar və ulduzlar verməkdən çәkinmәyin!
- Mübahisələri başlayan heç vaxt siz olmayın və başlamasına da imkan yaratmayın. Barışıqlara və vasitəçiliklərə əl atın. Başqalarının mübahisələrində vasitəçi olun.
- Əgər mübahisənin nəticəsi sizi qane etmirsə və bir şey dəyişə bilmirsinizsə başqa məqalələrin redaktəsi ilə məşğul olun, mübahisəli məqalələri tərk edin. Hirsiniz soyuyanda və arqumentləriniz doğru olanda geri dönərsiniz.
- Geri çevirmələrdən uzaq olun və üç dəfə geri çevirmə qaydasına bağlı qalın. Redaktə savaşlarından kənarda qalın.
- İnsanlara şəxsi hücumlar etməyin, təhqirə keçməyin, qisas almayın, istifadəçiləri damğalamayın (faşist, irqçi və s.), onları kiçiltmәyin, ələ salmayın.
- Xoşlamadığınız istifadəçini izləyərək onun redaktələrinə və fəaliyyətlərinə yerli-yersiz “qulp qoymayın”, insanlara narahatçılıq törətməyin.
- Bitərəf nəzər nöqtəsinə sahib olun.