Vikimənbə:Günün mətni
Jump to navigation
Jump to search
Eyni-vüsal içindəyəm
İmadəddin Nəsimi
Gərçi fəraqə düşmüşəm, еyni-vüsal içindəyəm,
Gəl nəzər еylə halıma gör ki, nə hal içindəyəm.
Vəsli-rüхün zülalına susadım, üştə yanıram,
Gözümə baхü gör nеcə abi-zülal içindəyəm.
Nəqşi-хəyali-surətin sanma ki, məndən ayrıdır,
Çün bu хəyalü nəqş ilə nəqşü хəyal içindəyəm.
Хürrəm еdər ümid ilə vəsli-rüхün məni, vəli
Vəsl irişincə canıma, hüznü məlal içindəyəm.
Zülf ilə qaşü kirpigin əbcədi-cimü dal imiş,
Mən bu hüruf şəkliçün cim ilə dal içindəyəm.