Vikimənbə:Nəzakət
Görünüş
Vikimənbədə nəzakət — Vikimənbədə istifadəçilərin əməl etməli olduğu qaydalar toplusudur və onlar nəzakətsizlik (kobudluq) hallarının qarşısını almağa yönəlib. Nəzakətsizlik dedikdə vikipediyaçı “şəxsiyyəti hədəfə alan, münaqişə və stress mühiti yaradan davranış” başa düşməlidir. Ona görə də əsl vikipediyaçı digər vikipediyaçı ilə nəzakətlə davranmalıdır.
Nəzakət prinsipi Vikimənbənin ən mühüm prinsiplərindəndir. Neytral mövqedən çıxış etməyən istifadəçinin hərəkəti nəzakətsizlik kimi təsnif oluna bilər.
Hansı əməllərə görə istifadəçi bloklana bilər
[redaktə]- Kobudluq.
- Şəxsiyyətə yönəlmiş təhqirlər.
- Hökmlü, ədalı tonda digər istifadəçilərə göstərişlər vermək.
- Zəif biliklərinə və təcrübəsizliklərinə görə hansısa istifadəçiləri ələ salmaq.
- "Özünüzə götürməyin, ...", "Kobudluq olmasın, ...", "Sizi təhqir etmək istəmirəm, amma deməliyəm ki, ..." formasında başlayan müraciətlər.
- Yalan danışmaq və ya kimisə aldatmaq.
- Əsassız ittihamlar.
- İstifadəçilərə məhəl qoymamaq ("görməmişəm, eşitməmişəm").
- İstifadəçilərə dini, irqi, milli, cinsi, cinsi təmayül xüsusiyyətlərinə görə şəxsi hücumlar (ad hominem).
- İstehza, rişxənd, acılama, sancma, sataşma.
- Qeyri-etik ifadələr işlətmək.
- Başqalarının şəxsi istifadəçi səhifələrin müdaxilə etmək.
- Digər istifadəçilərin mesajlarına düzəlişlər etmək (niyyətindən asılı olmadan).
- İstifadəçilərə təhqiramiz adlar vermək və ya onları əsassız olaraq vandal adlandırmaq.
Nəzakət qaydalarının pozulması hansı fəsadlar yarada bilər
[redaktə]- İstifadəçidə Vikimənbə fəaliyyətinin dayandırmasına, VikiMənbədən küsməsinə;
- İstifadəçdə mətnlərin redaktə edilməsinə olan həvəsin azalmasına;
- İstifadəçidə Vikimənbəyə inamın azalmasına;
- Digər istifadəçilərdə əsəb gərginliyinə, lazımsız mübahisələrə;
- Qarşı tərəfin müdafiə mövqeyi tutmaqla, təhqirə keçməyə, kobud və aqressiv cavab qaytarmağa;
- Ümumi konsesusun əldə edilməməsinə;
- Vikimənbə istifadəçiləri arasında küskünlük, bəzən isə nifrətin yaranmasına;
- Gələcəkdə müxtəlif mübahisələrə zəmin yaradılmasına;
- Vikimənbə digər istifadəçilər arasında narahatlığa;
- İstifadəçilər arasında düşmənçilik əhval-ruhiyəsinin yaranmasına.
Nəzakətsiz, qeyri-etik fəaliyyətin qarşısını almaq üçün
[redaktə]- Redaktələr müharibəsinin, münaqişələrin sonu görünmürsə, onların qarşısı idarəçilər və digər fəal istifadəçilər tərəfindən alınmalıdır;
- İstifadəçilər arasında mübahisələrin dərinləşməsinə yol verilməməlidir;
- Konsensus əldə edilmədikdə apponentlər arasında mübahisələrə fasilə verilməsi təklif edilməlidir (fasilə hər iki tərəfə təklif olunmalıdır);
- Kobudluğa kobudluq, təhqirə təhqirlə cavab verməyənlər Vikicəmiyyət tərəfindən dəstəklənməlidir;
- Kobudluq edən istifadəçi Vikicəmiyyətin qınağına hədəf olmalıdır;
- Münaqişənin yaranma səbəbi araşdırılmalı, lazım gələrsə buna səbəb olan məqalə idarəçi tərəfindən mühafizə edilməlidir;
- Konsensus əldə edilmədikdə idarəçilər tərəfindən hər iki tərəfə mübahisə yaradan bu tip mövzulu məqalələrdə redaktə edilməsinə müəyyən müddətə qadağa qoyula bilər.
Nəzakətsiz, qeyri-etik rəftara məruz qalan istifadəçi nə etməlidir
[redaktə]- Kobudluğa kobudluqla, təhqirlə cavab verməyin;
- Münaqişəni dərinləşdirməyin, səbrli olun;
- Sizə qarşı kobudlu, təhqir edildikdə İdarəçilərə müraciət edin və vəziyyəti izah edin;
- Təhqirə cavab vermək məcburuyyətindəsinizsə bunu bacardıqca yumuşaq və təmkinlə edin;
- Vikicəmiyyətin sizin mübahisənizi izlədiyini unutmayın, onun rəğbətini qazanmağa çalışın (kobud və nəzakətsiz istifadəçiyə heç kim rəğbət bəsləməz);
- Mübahisəni daha korrekt stilə yönəldin;
- Münaqişə "zonasından" müvəqqəti ayrılın, fəaliyyətinizi VikiMənbə digər mətnlərinə, layihələrinə yönəldin;
- Mübahisələrinizdə "Təşəkkür edirəm", "Hörmətlə", "Üzr istəyirəm", "Zəhmət olmasa", "Sizin fəaliyyətinizi qiymətləndirirəm" və s. bu kimi ifadələrdən istifadə etməyə çalışın;
- İstifadəçiyə qarşı olan şəxsi xoşagəlməz münasizətinizi büruzə verməməyə çalışın.