Məzmuna keç

Vikimənbə:Vikimənbəyə nəyi əlavə etmək olar və olmaz?

Vikimənbə saytından

Vikimənbə — hamının inkişaf etdirə bildiyi pulsuz kitabxana tarix boyu yaradılmış bədii və elmi materialları arxivləşdirmək və bu nəşrləri hər kəsin zənginləşdirə biləcəyi sadiq viki versiyasında təqdim etmək üçün mövcuddur. Bu səhifə Vikimənbəyə əlavə olunan materialların uyğun olub-olmadığını müəyyənləşdirmək üçündür.

Mətnlərə əlavələr

[redaktə]

Vikimənbənin istifadəçilərin yeni və orijinal mətnlər üzərində dəyişikliklər yeri olmamasına baxmayaraq burada mövcud materialları zənginləşdirməyin bir neçə yolu var. İstifadəçilər tərəfindən yazılmış yeni mətnlər Vikimənbə üçün uyğun deyil, belə işlər üçün Vikimedia fondunun digər layihələri, məsələn Vikikitab mövcuddur.

Tərcümələr

[redaktə]

Azərbaycanca Vikimənbədə ancaq Azərbaycan dilində yazılmış materiallar toplanır. Başqa dillərdə olan mətnlər həmin dillərdə Vikimənbədə və ya ümumi çoxdilli layihədə yerləşdirilə bilər. Amma Azərbaycanca Vikimənbədə tərcüməsi yerləşdirilən başqa dillərdəki mətnlərin orijinal versiyaları da yerləşdirilə bilər.

Tərcümələr üçün Vikimənbənin ilk şərti tərcümə materiallarının əvvəl nəşr olunması və ictimaiyyətə açıq olmasıdır. Amma, digər dillərdəki mətnlərin saysız-hesabsız olduğunu, heç vaxt hamısının Azərbaycan dilinə tərcümə oluna bilinməyəcəyini nəzərə alaraq Vikimənbə istifadəçilərin öz tərcümələrini yerləşdirməyə icazə verir.

Tərcümə ilə bağlı daha ətraflı məlumat almaq üçün Vikimənbə:Tərcümə səhifəsinə baxın. Həmçinin tərcümə işlərində müəllif hüquqları ilə bağlı məlumat üçün Vikimənbə:Müəllif hüquqlarına baxa bilərsiniz.

İzahatlar

[redaktə]

Vikimənbədə izahatlı mətnlər yerləşdirilə bilər, əvvəllər nəşr olunmuş izahatlara üstünlük verilir. Lakin onlar köhnəlmiş, müəllif hüquqları ilə qorunan, dəqiqləşdirməyə ehtiyacı olan ola bilər. Bu cür izahatlar qədim, klassik və orta əsr mətnləri üçün xarakterikdir.

İzahatlara mətnin özü ilə bağlı əhəmiyyətli məlumat, söz və ya ifadələr üçün qeyd olunmuş şərhlər, istinadlar, hissələrə bölünmələr və onların adları, təqdimatlar, xülasələr, indekslər, şəkillər və sairə aiddir. Bütün hallarda izahatlar əsas mətn ilə ayrılmalı və aydın şəkildə göstərilməlidir.

Qeyd edək ki, tədris işini asanlaşdırmaq üçün, xüsusilə testlərin hazırlanmasında təlimat xarakterli açıqlamalar Vikimənbədən çox Vikikitaba aiddir.

Multimedia

[redaktə]

Multimedia məlumatları mətnə daxil edilərək onun keyfiyyətini və təqdimatını yüksəldir. Belə məlumatlara yalnız müəllif hüququ ilə qorunmayan kitabın özü haqda məlumat, şəkillər və təsvirlər deyil, həm də səs yazıları, sxemlər və başqa əlavələr aiddir.

Multimedia məlumatlarından istifadə barədə bu səhifədə ətraflı məlumat var: Vikimənbə:Şəkillərdən istifadə qaydaları

Nə daxil edilə bilməz?

[redaktə]

Məcburi olmasa da, belə qəbul edilmişdir ki, Vikimənbədə mətnlərin ən ümumi növlərinin təhlili xarakterli səhifələr olmasın. Bu tipli səhifələrə dair ümumi razılıq olmasa əksəriyyət tərəfindən qəbul edilməyəcək və silinəcək. Bir-birinə çox oxşar olan səhifələr də silinməyə namizəd ola bilər. Burada hər şey yuxarıda qeyd olunan prinsipin ümumi şərhləri əsasında nəzərdə tutulur.

Orijinal fəaliyyət

[redaktə]

Vikimənbə istifadəçiləri tərəfindən yaradılan və ya heç vaxt nəşr olunmayan mətnlər burada yerləşdirilə bilməz. Vikimənbə müəlliflər üçün öz əsərlərini paylaşmaq, oxuculara çatdırmaq, "yeni istedad" üzə çıxarmaq yeri deyil.

Qeyd: Yuxarıda Mətnlərə əlavələr bölməsində qeyd olunanlar istisnalardır. Həmçinin onu da qeyd edək ki, istifadəçi özünün yazdığı istənilən mətni öz istifadəçi səhifəsində paylaşa bilər.

Reklamlar

[redaktə]

Əgər hər hansı əsər haqda reklamlar özləri nəşr edilməyibsə, Vikimənbədə bu reklam elanlarını yerləşdirmək olmaz. Təzəlikcə nəşr olunmuş əsərlərin, müəllif hüququ ilə qorunan əsərlərin və hətta ictimaiyyətə açıq olan əsərlərin reklamına icazə verilmir. Bütün formalarda, xüsusilə yazılı şərhlər və xarici keçidlər formasında reklamlar qadağandır.

Qeyd: Böyük bir nəşrin bir hissəsi olan reklamlar qəbul edilə bilər.

Anonim mətnlər

[redaktə]

Bir qayda olaraq, müəllif hüquqlarının qorunub-qorunmamasını müəyyənləşdirmək üçün müəllif haqda ətraflı məlumat bilmək lazımdır. Çox mətnlərin müəllifi müəyyən edilə bilir, lakin bəzi mətnlərin müəllifi haqda məlumat bəlli deyil. Anonim tarixi mətnlər Vikimənbəyə əlavə oluna bilər, hətta onların bəzilərinin əlavə olunması vacibdir. Anonim mətnlərin tarixi əhəmiyyəti yoxdursa və müəllif hüququ ilə bağlı qeyri-müəyyənlik varsa, onlar Vikimənbəyə yerləşdirilə bilməz.

Təkmilləşən mətnlər

[redaktə]

Vikimənbənin vəzifəsi artıq nəşr olunmuş mətnləri toplamaq və qorumaqdır. Bunu nəzərə alaraq, müxtəlif məqsədlərə görə uzun müddət ərzində daimi olaraq yenilənən əsərlər Vikimənbəyə əlavə edilmir.

Buna aşağıdakıları misal göstərmək olar:

  • Açıq əsərlər - bu tip əsərlər çoxlu müəllifin fəaliyyəti nəticəsində ərsəyə gəlir;
  • Toplular - bu əsərlərdə bir məlumatın bir çox mənbəsi olur və/və ya əsər daha etibarlı məlumatlar tapılarkən yenilənir;
  • Siyahılar

İstinad materialı

[redaktə]

Vikimənbə istinad materialı əsərin tərkibində çap olunmadığı halda belə məlumatları toplamır. Belə məsələlərə aşağıda misallar göstərilib:

  • Siyahılar
  • Riyazi sabitlər (pi ədədi kimi)
  • Verilənlər və ya nəticələr cədvəli
  • Kriptoqrafik material;
  • Mənbə kodu.

Qeyd: Böyük nəşrin bir hissəsi olan istinad veriləni qəbul edilə bilər.