Məzmuna keç

Vikimənbə:Yeni istifadəçilərə kömək

Vikimənbə saytından

Bu məqalənin əsas məqsədi yeni istifadəçilərə qısa zaman ərzində mənbənin və mənbədəki mətnlərin necə yaradılmasını başa salmaqdır. Bu yolda bütün yeni istifadəçilərə uğurlar arzulayırıq.

Birinci addım. Mətnin mövzusunu müəyyənləşdirin

[redaktə]

Sizə maraqlı olan mövzuda mətn yaradın. Cəmiyyət üçün vacib və aktual olan, amma Sizə maraqlı görünməyən mövzulara üstünlük vermək vacib deyil. Əvvəlcədən mövzu haqqında ətraflı məlumatınızın olması da böyük əhəmiyyət kəsb etmir. Əsas məsələ, bu mövzunu dərindən öyrənmək həvəsinizin olmasıdır. Bununla belə, yaratdığınız mətnin mövzusuna dair əsaslı məlumatı haradan götürəcəyiniz haqda təsəvvürünüzün olması vacibdir.

İkinci addım. Kitab üçün başlıq seçin

[redaktə]

Vikimənbədə mətnlərin adları adlıq halda olur və tək isim kimi adlandırılır. Mətnin adı sadə, anlamlı olmalıdır. Bir kitabdakı məqalələrin mövzuları yaxın olmalıdır. Müxtəlif mövzulu məqalələri bir kitaba yerləşdirçək olmaz. Hətta mövzular çox yaxın qohum olsalar belə.

Üçüncü addım. Belə bir mətnin və məqalənin mövcud olub-olmadığını yoxlayın

[redaktə]

Sizin tərəfinizdən seçilmiş başlığı axtarış sətrinə daxil edin və axtar düyməsinə basın. Axtarışın nəticələrini keçidlər şəklində görəcəksiniz. Əgər Sizi maraqlandıran mövzuda kitab artıq varsa, həmin keçid vasitəsilə məqaləyə keçin və "redaktə et" düyməsinə basın. Qarşınızda redaktə üçün tam hazır məqalə görəcəksiniz.

Dördüncü addım. Məqalə yarat

[redaktə]

Yox əgər Sizi maraqlandıran mövzuda məqalə yoxdursa - demək onu yaratmaq lazımdır. Bunun üçün məqalənin adını yenə də soldakı axtar qutusuna yazmaq lazımdır. Daha sonra isə Gətir (Axtar yox) düyməsini basın. Açılmış səhifədə sizə bu başlıq altında məqalə yaratmaq təklif olunacaq, həmin yazını basın və məqalənin yazılması səhifəsinə keçin. Beləliklə siz öz birinci səhifənizi yazmaq üçün hazırsız.

Beşinci addım. Mətni düzgün başlayın

[redaktə]

Vikimənbədə kitab hazırlamaq üçün ilk növbədə kitabın strukturu hazırlanır.

Ayrı-ayrı məqalələr hazırlayaraq bir kateqoriya altında toplamaqla kitab hazırlamaq mümkündür. VikiKitabda məqalələr məqalə başlığının təkrarlanmasıyla və məqlənin predmetinin açıqlanmasıyla başlayır.

Altıncı addım. Kitabın məzmununun yazılması

[redaktə]

Məsləhətdir ki, kitabdakı məqalənin ilkin həcmi 500 işarədən az olmasın. Kitab hazırlayarkən əsas prinsipə ciddi şəkildə əməl etmək lazımdır:

  1. Yazılmış kitabın neytrallığı prinsipi - Bu prinsipə əsasən, yazılmış məqalənin məzmunu tərəfsiz olmalıdır.
  2. yalan məlumatların daxil edilməsi qadağandır. Viki-cəmiyyətin əsas məqsədi pulsuz və ümumi istifadə oluna biləcək bir bilik bazasının yaradılmasıdır. Buna görə də VikiKitaba müəlliflik hüquqları ilə qorunmuş mətn, şəkil və ya mediya faylların əlavə olunması qəti qadağandır.

Yeddinci addım. Kitabdakı məqalələri kateqoriyalaşdırın

[redaktə]

Axtarışda asanlıq təşkil eləsin deyə, xarici keçidlərdən sonra bir sətr boş qoyaraq məqalənizin daxil olduğu kateqoriyaların siyahısını göstərin: [[Kateqoriya:Azərbaycan tarixi]][[Kateqoriya:Mədəniyyət və incəsənət]] və s.

Biz əminik ki, Sizdə hər şey alınacaq! Uğurlar.

Unutmayın

[redaktə]
  • Vikimənbədə reklam xarakterli məqalələr yaratmaq və ya mövcud məqalələrə reklam xarakterli mətnlər əlavə etmək olmaz. Reklam xarakterli məqalə və mətnlər tez bir zamanda silinəcəkdir.
  • Əgər məqalədə məzmun səhvi tapmısınızsa, əvvəlcə bunu həmin məqalənin müzakirə səhifəsində müzakirəyə çıxarın, daha sonra redaktəyə başlayın.
  • Mətnlər Azərbaycan dilində və elmi-bədii üslubda yazılmalıdır. Əgər kitab Azərbaycana aiddirsə o zaman kitabın dialektlərdə yazılmasına icazə verilir.