Məzmuna keç

Vur şanəni ol zulfı-pərişanə dağılsın

Vikimənbə saytından
Vur şanəni ol zulfı-pərişanə dağılsın
Müəllif: Molla Zeynalabdin Sağəri

Vur şanəni ol zulfı-pərişanə dağılsın,
Tellər tokulub cumlə biyabanə dağılsın.

Gəl vermə mənə vədeyi-vəsli, həzər eylə,
Qorxum budu kim, xalqa əfsanə dağılsın.

Cak eyləmə qətlimdə giriban uzarım,
Acma o qədər ruyini, biganə dağılsın,

Cəm eyləmə zulfu uzunə, eylə pərişan,
Qoy əbr kimi mehri-dirəxşəndə dağılsın.

Beyti-məhəni-hicridə yandı dili-zarım,
Ey vəsl, mədəd qıl ki, bu kaşanə dağılsın.

Min dil cəm olub zulfı-pərişanına mənsiz,
Qoy ah cəkim, hər biri bir yanə dağılsın.

Hicran ələmi qıldı fəramuş vusalı,
Ey Sağəri, ah eylə bu viranə dağılsın.