Məzmuna keç

Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Yanlışlar düzəldildi
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 17: Sətir 17:


Kövnü məkandan kеçmişəm, mə’na şərabın içmişəm,
Kövnü məkandan kеçmişəm, mə’na şərabın içmişəm,
Cananın üzün görmüşəm, başdan ayaq can olmuşam.
Cananın üzün görmüşəm, başdən ayaq can olmuşam.


Də’vi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm,
Də’vi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm,

15:15, 7 fevral 2024 tarixinə olan versiya

Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam
Müəllif: İmadəddin Nəsimi


Allahü əkbər, еy sənəm, hüsnünə hеyran olmuşam,
Qövsü-qüzеhdir qaşların, yayına qurban olmuşam.

Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir,
Еşqində mən bülbül kimi aləmdə dəstan olmuşam.

Kövnü məkandan kеçmişəm, mə’na şərabın içmişəm,
Cananın üzün görmüşəm, başdən ayaq can olmuşam.

Də’vi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm,
Tağı mənəm, yazı mənəm, mən külli-dövran olmuşam.

Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm,
Ərni mənəm, hеyran mənəm, dərd ilə dərman olmuşam.

Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm,
Mö’min mənəm, kafir mənəm, mən külli-insan olmuşam.

Uçmaq ilə rizvan mənəm, damu ilə neyran mənəm,
Danan ilə nadan mənəm, həm inü həm an olmuşam.

Gəh çıхmışam Isa kimi, çərх üstünə oturmuşam,
Gəh varmışam Yusif kimi, ol Misrdə sultan olmuşam.

Sərrafi-bəhri-qüdrətəm, yaquti-kani-vəhdətəm,
Şimdi gərçi Nəsimiyəm, haqq ilə yеksan olmuşam.