Baş qoyub dərgahına pabusdən etdi mültəməs: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifə '<poem> Baş qoyub dərgahına pabusdən etdi mültəməs, Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs. Başumi yastınmaq üçün, ey güli-baği-camal, Balişi-rəhmət gəlür kuyində olan xaru-xəs. Kövkəbi-burci-şərəfsən, ey kəmanəbru, saqın, Kim irişür, mehrü-mahə tiri-ahim hər nəfəs. Qayib olalı nəzərdən abi-heyvanəm bənəm, Həsrətindən əşki-çeşmim oldi ceyhunü-ərəs. Ey Xizr, abi-bəqa nuş eyləsən...' məzmunu ilə yaradıldı
 
Redaktənin izahı yoxdur
 
Sətir 1: Sətir 1:
{{Başlıq
| başlıq = Baş qoyub dərgahına pabusdən etdi mültəməs
| müəllif = Matəmi
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
<poem>
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,

Səhifəsinin 06:53, 25 avqust 2021 tarixinə olan son versiyası

Baş qoyub dərgahına pabusdən etdi mültəməs
Müəllif: Matəmi

Baş qoyub dərgahına pabusdən etdi mültəməs,
Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.

Başumi yastınmaq üçün, ey güli-baği-camal,
Balişi-rəhmət gəlür kuyində olan xaru-xəs.

Kövkəbi-burci-şərəfsən, ey kəmanəbru, saqın,
Kim irişür, mehrü-mahə tiri-ahim hər nəfəs.

Qayib olalı nəzərdən abi-heyvanəm bənəm,
Həsrətindən əşki-çeşmim oldi ceyhunü-ərəs.

Ey Xizr, abi-bəqa nuş eyləsən kim «Matəmi»,
Zəhri-qəmdən nuş daruyi-əcəl qıldı həvəs.