Xıdır Nəbi bayramı
Rəvayətlər. Xıdır Nəbi bayramı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Xıdır Nəbi bayramında buğdanı yağın içində qovurarlar. Sonra
onu kirkirədə üyüdüb “qovud” adlanan narın hissəsini və “yarmalıq”
adlanan digər iri hissəsini ayrı-ayrılıqda qablara tökərlər. Bayram
ediləcək vaxtdan bir gün əvvəl evin kiçik evladını (oğlan
uşağı) alma çubuğu dalınca göndərirlər. Gətirilən şövlər uc tərəfdən
səliqə ilə pambığa sarınıb yağda qızardılar. Axşam evin böyüyü
(ana) bir-bir şövləri götürüb niyyətlərini sadalayar. Hər şöv bir niyyət
üçündü. Yurdun salamatlığı, mal-qaranın məhsuldarlığı, bağbağçada
bolluq, oğul-qız toyu və s. niyyətlər edilər. Sonra həmin
şövlər dəstələnib orta hissədən pambıqla bağlanar və qabdakı unun
üstünə sancılar. Burada Xıdır Nəbinin onların üstündə göz olması
üçün də ayrıca çubuq qoyular.
Gecə düşəndə həmin dəstələnmiş çubuqlar şam kimi yandırılar. Özü yanıb keçənədək ona toxunulmaz. Həm də səhərə qədər qablardakı una əl vurulmaz. Çünki əvvəlcə Xıdır Nəbi gəlib öz payını götürməlidi.