Məzmuna keç

Xırxatala piri

Vikimənbə saytından
Xırxatala piri
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qəbələnin Xırxatala kəndində Hüsnü adlı bir arvad olub. Onun bir oğlu, bir gəlini olub. Hər gün oğlu işə gedəndən sonra bu arvad nəvəsini, gəlinini evdə qoyub harayasa gedir, süd gətirib gəlir. Bir neçə gün belə təkrar olunur. Bir gün gəlin deyir ki, bu arvadın arxasınca gedib baxacağam, görüm o neyləyir. Gəlin gedib görür ki, qaynanası bağda bir cüt ana ceyranı sağır. Bu dəm qaynana çevrilib dala baxır. Elə orada da quş olub ceyranlarla bərabər çıxıb gedir. Həmin yer indi ziyarətgahdır.

Mənbə

[redaktə]