Xəbər ver (Ağbabalı Aşıq Nəsib)
Görünüş
Xəbər ver Müəllif: Ağbabalı Aşıq Nəsib |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. ISBN 978-9952-571-42-4 |
Sərini qarşımda nişanə qoyan,
Doqquz nədi, sənətindən xəbər ver.
Neçə doqquz bir-birinə bağlıdı,
O doqquzun qüdrətindən xəbər ver.
Doqquzu nə dildə edir söhbəti?
Doqquzu doqquzun buraxmır qəti.
O doqquzda nə görübsən xilqəti?
O doqquzun xilqətindən xəbər ver.
Doqquzu birləşib tapıb neçə yol,
Kim idi, onları eləyib qəbul,
Neçə şah, vəziri qabağında qul,
Nəsib deyər, hikmətindən xəbər ver!