Xəbər ver (Aşıq Nəsib)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Xəbər ver
Müəllif: Aşıq Nəsib
Aşıq Ələsgərə

Səndən xəbər alım, Aşıq Ələsgər,
Doqquz nədi, sənətindən xəbər ver?!
Neçə doqquz bir-birinə bağlıdı,
O doqquzun qüdrətindən xəbər ver?!
 
Doqquzu nə dildə edir söhbəti?
Doqquzu doqquzdan buraxmır qəti.
O doqquzda nə görübsən xilqəti?
O doqquzun xilqətindən xəbər ver!
 
Doqquzu birləşib tapıb necə yol,
Kim idi onları elədi qəbul?
Necə şah, vəzirdi qarşısında qul,
Nəsib deyər, hikmətindən xəbər ver!