Xəbər ver (Xəstə Qasım)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Xəbər ver (Xəstə Qasım) Müəllif: Tikmədaşlı Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06. |
Hökumət məqamında əyləşən alim,
Əvvəl mənə Yamən Hudan xəbər ver.
Ərşin sütununda merac evində,
Söz nə keşdi, Gövtu- Gudan xəbər ver.
O kim idi yerə çaldı mayanı,
O, kim idi bərkitdi səngi qayanı.
O, nədir ki, kökdə altdan bəyanı,
Bərri, bəhri sibi-dudan xəbər ver.
O kim idi lohu məhbus oxudu,
O kim idi peyğəmbərə kəfən toxudu.
Adəmdən əvvəl siqa yox idi,
Vəqən vəşdi ənnab dudan xəbər ver.
O kim idi peyğəmbərə əsabə,
O kim idi apardılar qəssabə.
Xəstə Qasım yetik deyil hesaba,
Həfti, həmdi sibi- dudan xəbər ver.