Məzmuna keç

Xədicə

Vikimənbə saytından
Xədicə
Müəllif: Seydulla Seydi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Gözü qara, qaşı qara,
Zülfləri timar Xədicə.
Ürəyimə saldm yara,
Eyiədin bimar Xədicə.

Gözünə sürmə yaraşar,
Belinə tirmə yaraşar,
Saçına hörmə yaraşar,
Saçlan şahmar Xədicə.

Bağında tuti qumrular,
Izində cahil cümrülər.
Köksündə qoşa yumrular,
Almamıdır, nar, Xədicə.

Seydi deyər: bu şərtlərə,
Qoyma tükənməz dərdlərə,
Gəldik qədimki yurdlara,
Sürəlim dövran Xədicə.