Xəyali-yarə dalandan xəyal olub getdim
Görünüş
Xəyali-yarə dalandan xəyal olub getdim Müəllif: Vüqar Biləcəri Tərcümə edən: Hüseyn Cəlilov |
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 19 |
Xəyali-yarə dalandan xəyal olub getdim,
Cəfayi-hicr ilə aşüftə-hal olub getdim.
Bəsirət əhli görər surət içrə mənanı,
O surətindəki mənaya lal olub getdim.
Fənaya meylim itəndən bəqa yolun tapdım,
Camala göz yumub əhli-kamal olub getdim.
Verildi rütbə mənə asitani-yara gəda,
Nə yaxşı sahibi-izzi-cəlal olub getdim.
Qəbuli-yardə bir növbə vardı, gəl görəsən,
Ayaqlar altda qalıb payimal olub getdim.
Bağışla, əhdimi sındırdım, ey həbibi-əziz,
Üzüm qaraldı yanında Bilal olub getdim.
Vüqar, cəvab gəlincə dəhani-dilbərdən,
Əyildi qaməti-sərvim, sual olub getdim/