Məzmuna keç

Xəyyam

Vikimənbə saytından
Xəyyam
Müəllif: Hüseyn Cavid

“XƏYYAM” PYESİNDƏN LİRİK PARÇALAR
1.
Gəldin də, neçin pənbə buludlar kimi axdın,
Bilməm, niye getdin, niyə döndün, niyə baxdm?
Şimşək kimi çaxdın da, neçin könlümü yaxdm,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Sərpildi alov nıhuma süzgün baxışından,
Sarsıldı da həp mənliyim, ey afəti-dövran!
Gel, gəl, olayım səndəki hər cilvəyə qurban,
Bilməm, niyə gəldin, niyə döndün, niyə baxdın?
2.
Nədir, bilməm, günahım, məst kimi gözlər vüsalından,
Mənəm məhnım olan, ey nazlı afət, gül cəmalından:
Dəmin ilham alırkən şerə bənzər hər məqalından,
Keçər illər, xəbər tutmam sevincindən, məlalından.
KÖnül sənsiz səfa duymaz şəfəqlərdən, çiçəklərdən,
Bütün ruhumda, vicdammda sənsən, ah... yalnız sən...
Sənin eşqinle ruhum çırpınarkən, sızdar, inlərkən,
Pərişan, xəste halım heç keçərmi bir xəyalından?