Xəzərə xitab

Vikimənbə saytından
Xəzərə xitab
Müəllif: Ümmügülsüm
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Yenə bu gecə də keçdi yandan,
Gözümdə yuxu yox, yenə bidaram.
Yenə qaranlığın bağnnı yaran,
Xəzərin suyudur, tutmayır aram.

Çağla çoşğun dəniz, qollannı aç,
Qucaqlaşaq, verək köks-köküsə.
Gül də, biz ki, dostuq hər qəmli səsə,
Qovulduq evimizdən, yollannı aç.

Gözümüz yaşlıdır, sinəmiz dağlı,
Mən deyim dərdimi, dinlə ey dəniz!
Ana qəlbi olur balaya bağlı,
Dinlərmisən məni, söylə ey dəniz.

Bir gecə yansı əziz balamız,
Alındı əlimizdən bir laçm kimi.
Söndü işığımız, uçdu yuvamız
Həyat tarixində bunu gördünmü?

Çağla, coşğun dəniz, göz yaşımıztək,
Dağıt sulannı bizdən əks edən,
Nə gələr payımız gen təbiətdən,
Ağla bir səmimi yoldaşımıztək.

Darmadağm eylə dalğalannla
Bizi dar divara alan qalanı.
Heçliklərə sovur nalələrinlə
Çıxılmaz tilsimə salan qalanı.

Nəymiş təqsirimiz, neyləmişik biz?
Bunu sən sual et, mənim dilim yox.
Hansı xəyanətin şərməndəsiyiz,
Bunu sən sual et, mənim dilim yox.
1937, Bayıl həbsxanası