Xal-xala

Vikimənbə saytından
Xal-xala
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov (2008). Seçilmiş əsərləri (10 cilddə, III cild) (az). Nurlan. Orijinal mənbədən 2018-09-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-05.

Yazıcılar yazıları yazanda,
Bizim dә yazını yazdı xal-xala.
Cәfa çәkdim, can çürütdüm, yar sevdim,
İnsafdırmı, mәn almayam, xalx ala?

Göydә bir ulduz var, adı Talıbdı,
Sәn gözәlin dәrdi mәni alıbdı.
Әlimi sinәndә şahmar çalıbdı,
Dәrman dedim, buyurdular xalxala.

Qurbaniyәm, mәn dә bir tağ yetirdim,
Onun suyun dağdan, daşdan gәtirdim.
Zәhmәt çәkdim, tәr şәmamә yetirdim,
İnsafdırmı, şәmamәni xal xala?