Xalq dostu
Görünüş
Xalq dostu (05.02.2021) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
XALQ DOSTU, elin arxası, düşmənlərə düşman!
Şad eyləmisən dostları, düşmənləri – peşman!
Vurduqca dəmir yumruğunu, doğma diyarda
Dostdan qəmi kəm eyləmisən, düşmanı – başdan!
Qırx dörd günə əzdin başını murdar ilanın,
Qurtardın əziz millətini hürkü-təlaşdan!
Gün doğdu, qaranlıq çəkilib “gorbagor oldu”,
Birlik gücünü aldı elim nurlu GÜNƏŞdən!
Durduqca ELİN DOSTU igid xalqın önündə,
Gövhər çıxarar dəryadan, almazı da daşdan!
XALQ DOSTUna sevgiylə güvəndikcə bu millət
Qalib çıxacaq dünyada hər dürlü savaşdan!
Sən xalqı sevirsən, ulu xalqın Səni sevmiş,
Teymur Sənə sağlıq diləyir hər gün obaşdan!