Xaqanidən yuxanda oturdunsa, nə olar
Görünüş
Xaqanidən yuxanda oturdunsa, nə olar Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Xaqanidən yuxanda oturdunsa, nə olar,
Nə bu sənə bir hünərdir, nə də Xaqaniyə ar.
Çünki, göydə qara üzlü, pis əməlli Zühəl də,
Xoş sifətli Müştərinin üstündə tutmuş qərar*.
Harada ki, su neft ilə birləşərsə, qaydadır,
Aşağıda su yerləşər, yuxarıya neft qalxar.
Görmədinmi, xırmanda da döyüm vaxtı həmişə,
Ağır dənler alta yatar, boş saman üstə çıxar.