Xaqaninin bu dünyada dörd şey gəlir xoşuna

Vikimənbə saytından
Xaqaninin bu dünyada dörd şey gəlir xoşuna
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Maarif Soltan
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

Xaqaninin bu dünyada dörd şey gəlir xoşuna:
Gəl, bu dördü əldən vermə, yaxşı dostsan əgər sən.
Kasıblara kömək etmək, sirri möhkəm saxlamaq,
Badə içib, sərxoş yarın öpmək şirin ləbindən.