Məzmuna keç

Xarab olub

Vikimənbə saytından
Lətifələr. Xarab olub
Müəllif: Şifahi xalq ədəbiyyatı

Bir gün bir sinif ekskursiyaya getmək üçün maşın tutur.Yolda da maşın xarab olur.Sürücü düşüb maşına baxanda maşından bir uşaq çıxıb kişiyə deyir:

- Dayı, mən bilirəm maşına nə olub.

Kişi əsəbiləşir və deyir:

- Ay bala , çıx get otur maşında, düzəldirəm.

Amma uşaq çox israr edəndə sürücüyə də maraq gəlir:

- Yaxşı, de görək nə olub?

- Sizin maşınınız xarab olub.

Mənbə

[redaktə]

Gülməli uşaq lətifələri