Məzmuna keç

Xasta Hasanın Aşıq Səfili ilə deyişməsi

Vikimənbə saytından
Xasta Hasanın Aşıq Səfili ilə deyişməsi
Müəllif: Molla Məhəmməd SəfiliMüəllif: Xasta Hasan
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014.

Aşıq Sefili
Əglən, usdam, səndən xəvər alayım,
Yarın mənşər günü nə demək gərək?!
Orucun tutmayan, namaz qılmayan,
Haqqın divanında nə demək gərək?!

Xasta Hasan
Göylər para-para oldu, yerə töküldü,
Günahgar quluna Məhəmməd gərək.
Gənə eşqin dəryasında söküldü,
Yarın, məhşər günü şafaqat gərək!

Aşıq Sefili
Məhsum kimi dərin çəksə daraya,
Təbibsən, ilac eylə yaraya.
Savaxdan bir meyit düşsə araya,
Molla bulunmasa nə demək gərək?!

Xasta Hasan
Ürəgim yaradı, cigərim oxlar,
Kədərim artıb da, dərdim çoxlar,
Əhli kamil sözün bəndini yoxlar,
Fərz ilə sünnət salavat gərək!

Aşıq Sefili
Sefilim də dəriyalara dalanda,
Yel qaldırıb, mah camalı solanda,
Əzrail döşünə pəncə çalanda,
Dillər fəndə gələr, nə demək gərək?!

Xasta Hasan
O qanatsız uçan kəsik başıydı,
Sələtlə Ərasət öz qardaşıydı.
Əzrayılı bilmiyənnər naşıydı,
Xastasan der: salavat gərək!