Xatın arxı

Vikimənbə saytından
Jump to navigation Jump to search
Rəvayətlər. Xatın arxı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmişdə Xatın arxı kəndinin yeri xarabalıq imiş. Burada ancaq ilanlar, əqrəblər mələşirmiş. Vaxtilə buradan keçən bir gənc atın tərkində Xatun adlı sevgilisini gəzdirirmiş. Qız suzur. Oğlan haranı gəzirsə, su tapa bilmir. Qız susuzluqdan oğlanın qucağında keçinir. Oğlan onun xatirəsinə arx çəkmək istəyir. Bütün olan-qalanını xərcləyib arx salır. Qızın adı ilə bağlı onu Xatın arxı adlandırır.

Toponim rəvayət[redaktə]

Xatın arxı Eçmiadzin rayonundadır.

Mənbə[redaktə]

  • Azərbaycan klassik ədəbiyyatı kitabxanası. I cild. Bakı,1982.səh. səh.45.