Məzmuna keç

Xeyr edərmi mən mərizə hec bir qan, ey təbib

Vikimənbə saytından
Xeyr edərmi mən mərizə hec bir qan, ey təbib
Müəllif: Məhəmmədəli bəy Məxfi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Xeyr edərmi mən mərizə hec bir qan, ey təbib?
Eşq dərdidir canımda bunu bir qan, ey təbib.
 
Dərdimin yox carəsi səndə, nə izhar edəlim,
Saxlamaq xoşdur anı can icrə punhan, ey təbib.
 
Səhhətimdən otəri zəhmət cəkmə axər sən əbəs,
Gəlməyə ta yar ozu muşkuldu dərman, ey təbib.
 
İstəsən cəhhət bulam, vəsli-nigara carə qıl.
Oldurur billah məni bu dərdi-hicran, ey təbib.
 
Cıxsa yarın mohnətu dərdi bu canımdan mənim,
Nə gərəkdir ta mənə bu cismu bu can, ey təbib.
 
Cıxmaz ol sevdayi-zulfu yar başdan, cıxsa can,
Əl gotur, əhvalımı etmə pərişan, ey təbib.
 
Saxlaram dərdi-dili mən Məxfi, izhar etmərəm,
Faş əgər ta etməyə bu ceşmi-giryan, ey təbib.