Xoş, gəlibsən gülşənə, ey mürği-xoşxan, əndəlib

Vikimənbə saytından
Xoş, gəlibsən gülşənə, ey mürği-xoşxan, əndəlib
Müəllif: Şəhriyar Şirvani
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Xoş, gəlibsən gülşənə, ey mürği-xoşxan, əndəlib,
Məqdəmin qurbanı bu cismü dilü can, əndəlib.

Müddət idi hicrdən məhzun idin mən zar tək,
Xoş ola vəslin, gəlib fəsli-gülüstan, əndəlib.

Səndə gül şövqilə var xoş ləhcəvü avazlər,
Məndə var lücran şəbindən ahü əfğan, əndəlib.

Gül görüb yad eylərəm rüxsari-ali-yarımı,
Naleyi-bülbül görüb ollam nəvaxan, əndəlib.

Mən gülümdən cövr ilə, əyyamdır, ayrılmışam,
Şükrlillah, sən qəlıbsən teyyi-hicran, əndəlib.

Dərsi-eşqi məndən almış Vamiqü Fərhadü Qeys,
Gah sakit, gah samit, gah nalan, əndəlib

Şuri-sazın sövti-tarın, cəhcəhü çapçaplər,
Aldı dildən ixtiyar, oldu ciyər qan, ondəlib.

Zövqümə güftari-şirinin mükərrər qənddir,
Cəhcəhi təkrar qıl, dil söyləsin "can", əndəlib!

Bu nəvalar kim sənin var, eşq təlim eyləyib,
Ya cinan içrə səni bəslibdi Rizvan, əndəlib?

Eşqdəndirsə neçün məndə bu ahü zar var?
Bəs neçün tubada yox bu hüsni-əlhan, əndəlib.

Bir səda çək, canü dil olsun fədayi-solətin,
Bəzmdən zağü zəğən olsun gürizan, əndəlib.

Qəlbi qəmdən pak edən səndə həzaran nəğmə var,
Dərdi-bidərmanım ondan da firavan, əndəlib.

Gər həzaran nəğmədir vəslmdə iki feyz var,
Qəhqəhindən vəsllər, cəhcəhdə hicran əndəlib.

Sən xuraman, şad gül baği-cinanə oxşayır,
Qönçənin mən zar tək bağrı dolu qan, əndəlib.

Çərxdə rəxşan olur xurşid tək balü pərin,
Əylənəndə heykəlin şəmi-şəbistan, əndəlib.

Ləlü gövhər bəxş olur ağzın açanda gülşənə,
Künci-sinəndir məgər kani-Bədəxşan, əndəlib?

Hurisənmi, ya mələk, ya bəççeyi-ruhül-əmin?
Aşiqə səndən yetər ilhami-yəzdan, əndəlib.

Qəhqəhün bir hərfi min təhlildir tövhiddən,
Cəhcəhin bir kəlməsi təsbihi-sübhan, əndəlib.

Novki-minqarın sənin (sanki bir) almasdır,
Ol zəbani-natiqin yaquti-rumman, əndəlib.

Gözlərin inci kimi, fırüzə tək taci-sərin.
Pər zümürrüd, düm zəbərcəd, eylə teyran, əndəlib

Gərdənin şəmsü qəmər, sinən kəfi-simabdır,
Qamətin başdan dibə bir ləli-rəxşan, əndəlib.

Gah cəhcəh, gah cürcüh, gah züncül, gah sövt,
Həncərən cövfində var min dürri-qəltan, əndəlib.

Əl-ayağın qaşə bənzər, dırnağın müjganıma,
Bəd nəzərdən hifz ola bu qaş, bu müjgan əndəlib.

Çapçapın qönçə təkı məşkuf olsun dəmbədəm,
Lütfün olsun gül asıldiqca xoşəlhan, əndəlib.

Gəlməsin gülşənüvə badi-səba yəğmaləri,
Düşməsin gülzaruva taraci-dehqan, əndəlib.

Sövtü əlhanın mənə xoş hicrdən, qorxum budur:
Çeşmi-xummarım sala gülzara tufan, əndəlib.

Şəhriyarı da yetir sən kimi vəslin bağına,
Sövtü ləhnin vəsfinə olsa qəzəlxan, əndəlib.