Məzmuna keç

Xoş gəldi mənə meygədənin abü-havası

Vikimənbə saytından
Xoş gəldi mənə meygədənin abü-havası
Müəllif: Baki
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Xoş gəldi mənə meygədənin abü-havası
Billah gözəl yerdə yapılmış yıxılası.

Ziba yaraşır hiləti naz ol boyu sərvə
İki qolumu etsəm ona bel dolaması.

Diqqətlər ilə seyr edəriz yarı sərapa
Görməzmi idik biz də əgər olsa vəfası.

Dünya dəyər ol mahiliqa dilbəri qərrə
Yusifdə dəxi yoxdur onun hüsnü bəhası.

Məddah olalı çeşmi-qəzalanına Baqi
Öyrəndi qəzəl tərzini Rumun şüərası.