Xoş gəldin!
Görünüş
Xoş gəldin! (18.11.2020) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Ali Baş Komandana Xan Arazın dilindən. |
Ölüm, çəkil cəhənnəm ol!
Yaşam, xoş gəldin, xoş gəldin!
Dizim tutar bu dağları
Aşam – xoş gəldin, xoş gəldin!
Sinəmə fərəh dolduran,
Başımı göyə qaldıran,
Goreşəndən yurd saldıran
PAŞAM! Xoş gəldin, xoş gəldin!
Bir gözəli çox özlədik,
Yoluna can qurban dedik.
Bir qərinə yol gözlədik –
Şuşam, xoş gəldin, xoş gəldin!
Ehey fələk! İşdər oldu,
Söz düşmənə neşdər oldu.
Bir zər atdım, şeşdər oldu –
Qoşam, xoş gəldin, xoş gəldin!
Qonağımdır BÖYÜK PAŞAM,
Nə söz tapam, nə söz qoşam?!
Sevincimdən əsəm, coşam,
Daşam! Xoş gəldin, xoş gəldin!