Məzmuna keç

Xoş gəldin (Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Xoş gəldin (Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Bu gün nә xoş gündü, nә xoş saatdı,
Qәdәm basdın, Pәri xanım, xoş gәldin.
Lәblәrin aşiqә abi-hәyatdı,
Tәzәlәdin ruh-rәvanım, xoş gәldin!

Gözlәrin nәrgizdi, hüsnün mahtaban,
Açılıb gül, süsәn, sünbül, әrğәvan,
Zәnbağü yasәmәn, bәrgi-ireyhan,
Fәsli-bahar gülüstanım, xoş gәldin!

Şad eylәdin Qurbaninin didarın,
Hәsrәtin çәkirdim sәn kimi yarın,
Saldın güllü bağa cәmi dostların,
Gözәllәr şahvarı canım, xoş gәldin!