Xoş gəldin (Tərlan tamaşalı, maral baxışlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Xoş gəldin Müəllif: Aşıq Ələsgər |
Tərlan tamaşalı, maral baxışlı,
Qədəm qoyub asta-asta, xoş gəldin!
Yolun sadağası can ilə başdı,
Qurban sənin kimi dosta, xoş gəldin!
Biz ki, ilqar keçirmişik aradan,
Amin desən, tez düzəldər yaradan,
Könlüm yasdan çıxdı, qəlbim qaradan,
Gülə-gülə bu həvəsdə, xoş gəldin!
Gözəllər sultanı, ay mələkzadə,
Özün kimi gözəl yoxdu dünyada,
Sən ki Ələsgəri salıbsan yada,
O səbəbdən gözüm üstə, xoş gəldin!