Xoş gəldin bizlərə, ey nemətü-sübhi qədər

Vikimənbə saytından
Xoş gəldin bizlərə, ey nemətü-sübhi qədər! (1994)
Müəllif: RAUF CAVAD

Xoş gəldin bizlərə, ey nemətü-sübhi qədər!
Hər gün yeni həyat başlayır, Gözəldir səhər!

Uca Allah şükr etməyi bizə nəsib etsin!
Naqis quluna dua etməyi səbəb versin!

Hər gün sübh vaxtı səhər, verilər nemət, azan,
Adəm oğlu ayıl, ibadətlə nemət qazan!
 
Et özünə yaxşılıq, ol Rəbbinə qul-bəndə,
Vardır sübh vaxtında sirr-hikmət, həqqi biləndə!

Ol nemətə əyan, ey qafil, sev, vermə bada,
Sənə qalan yaxşı əməldir, birdəki Xuda!

Gəl ol Sahib əqlinə, var ikən düşün bir az,
Söhbət et Rəbbinlə, qıl ədəb-ərkanla namaz!

Gələr bir gün sorular hər kəsdən nədi nemət,
Bilməz kimdə olmazsa əgər həya, mərifət!

Rauf olan kəs, bilər ki, nədi nemətü-naz,
Nemət, Hüseyndir, bu sözü mütləq əqlinə yaz!
            ...Müəllif:Rauf Cavad