Xoş ol zaman ki, çıxam bu hicabi-kәsrәtdәn
Xoş ol zaman ki, çıxam bu hicabi-kәsrәtdәn Müəllif: Molla Hüseyn Dəxil |
Xoş ol zaman ki, çıxam bu hicabi-kәsrәtdәn,
Tapam bu kәsrәt ara bir nişanә vәhdәtdәn.
Mәhaldır ola tәrki-әlayiqi-mәxluq,
Könül gәr olmaya agah sirri-xilqәtdәn.
Neçün mәhәbbәt ilә mәrifәt olur zahir--
Ki, xәlq zahir olub mәbdeyi-mәşiyyәtdәn.
Gәrәk hәmişә ola xaliqә tәvәccöhi-xәlq,
Ğәzayi-ruh alalar vәhcәti-vәcahәtdәn.
O vaxtı әks salır surәti-cәmali-ilah--
Ki, qәlb ayinәsi pak ola küdurәtdәn.
Könül hәrimi-ilahidi qeyrә yol vermә,
Hәramdır hәrәmi-hәqqi, salma hörmәtdәn.
Rәva deyil ola bir yerdә yar ilә әğyar,
Әgәr kişi olasan, çox uzaqdı qeyrәtdәn.
Әgәr xülusilә lillah ola әmәl fillah,
Nә bak salik üçün tәnәvü şәmatәtdәn.
Özünә xaliqi-mәbudi etgilәn mәhbub,
Әgәr varındı şikayәt әzabi-firqәtdәn.
Olanda vәslinә talib yanında hazırdır,
Hüzuri-talibi eylә xilas vәhşәtdәn.
Hicabsәn özünә sәn özün özündәn çox,
Cәmali-yarı çıxar ta niqabi-qeybәtdәn.
Mәcaz mәnzәrәsindәn nә qәdәr keçmәmisәn,
Hәmişә varsan uzaq mәnzili-hәqiqәtdәn.
Cәmali-şahid o vaxtı olur sәnә mәşhud--
Ki, kamyab olasan şahidi-şәhadәtdәn.
Özün şәhidü özün şahidü özün mәşhud
Olursan, olsan әgәr pak lövsi-kәsrәtdәn.
Sәni bu can elәyib әcnәbi, mәnim canım,
Bu canı qan ilә yu, ta çıxa cinayәtdәn.
Bu surәti sәnә surәtdә göstәriblәr olar--
Ki, tәrki-surәt edib çıxmayıbla surәtdәn.
Hüseyn tahir idi, әthәri-mütәhhәr idi,
Yenә yuyub üzünü qan ilә tәharәtdәn.
Yuyubdu zahiri batin kimi әlayiqdәn,
Çәkibdi ali-hәrәm hicleyi-xidarәtdәn.
Qılıbdı qәlbini fariq şüuni-dünyadә
Әyalü malü mәnalü cәlalü şövkәtdәn.
Edibdi izzәtini tәrk "ya әziz" deyib,
Tәvәhhüm eylәmәyib inkisarü zillәtdәn.