Xoş olsun ol könül, eşqə məkandır
Görünüş
Xoş olsun ol könül, eşqə məkandır Müəllif: Mirzə Şəfi Vazeh |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Xoş olsun ol könül, eşqə məkandır,
Var olsun ol fikir, eşqə həyandır.
Susuz çeşməyə bənzər ol ürək kim,
Nə eşqin dərdini, nə qəm duyandır.
Bax, öyrən gör necə pərvanə, bülbül
Olublar eşq şeydası zamandır.
Məhəbbət əhlinə bu kafidir kim,
Öz eşqiylə o, rüsvayi-cahandır.
Məhəbbət mürği cövlan etsə harda,
O eşq ovlar, xəbərdar ol, amandır.
İki dünyanı verrəm sən baxanda,
Mənə eşqin bu sövdası əyandır.
Necə, Vazeh, əsiri olmayım mən
Bu eşqin qarşısında Qaf yalandır.