Xoşa sənilə həmavaz olduğum günlər
Görünüş
Xoşa sənilə həmavaz olduğum günlər Müəllif: Məhəmməd Tağı Sidqi |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Xoşa sənilə həmavaz olduğum günlər,
Həmişə həmdəmü həmraz olduğum günlər.
Düşəndə yada könül suzla güdazə düşər,
Nəvayi-sazla dəmsaz olduğum günlər.
Başımda şuri-sər, zülf bəzm vəslində,
Hasari-qəleyi-şahnaz olduğum günlər.
Rəqiblər səri-kuyində xaksarımdı,
Sənin yanında sərəfraz olduğum günlər.
Edib təfəül, oxurdum qəzəl hüzurunda,
Lisani-Hafizi-Şiraz olduğum günlər.
Olurdu navəki-peykanına hədəf sinəra,
Qəbili-çəşmi-çəpəndaz olduğum günlər.
Qolumu boynuna hər dəm həmayil eylərdim,
Şikari-busəyə şəhbaz olduğum günlər.
Sürudi-şeirlə şairliyi şüar eylədim,
Qəmində qafıyəpərdaz olduğum günlər.
Həmişə tutmuşdun Sidqinin sözün mənzur,
O gülüzarə nəxərbaz olduğum günlər.