Xoşqədəm (Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Xoşqədəm (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Qədəmin xoş, camalın xoş, özün xoş,
Heyif, qismət oldun yada, Xoşqədəm.
Şirin-şirin söhbətin xoş, sözün xoş,
Uzaq olsun səndən qada, Xoşqədəm.
Asta yeri, asta danış, asta gül,
Göyərçinsən, qon sinəmin üstə, gül.
Sənin qədrin bilməz hər naşı bülbül,
Əbəs vermə ömrü bada, Xoşqədəm.
Qara qaşın sürməsiz də qaradı,
Xatırlatma, bağrım başı yaradı.
Məmmədhüseynin qəlbi sənlə paradı,
Sən Allah, sən də sal yada, Xoşqədəm.