Xosrov xanın Kiş, Nuxu, Şəkərkənd kəndlərinin tiyul verilməsi haqqında hökmü
Xosrov xanın Kiş, Nuxu, Şəkərkənd kəndlərinin tiyul verilməsi haqqında hökmü (1646-cı ilin iyun ayı) Müəllif: Xosrov xan |
Mənbə: Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh 190-191. |
Yüksək hökm verildi o haqda ki, günəş qədər yüksək olan [şahın] 1043-cü ilin səfər ayı tarixli dünya itaət etməli hökmünə əsasən ötən təxaquyilin 8-ci aynın başlanğıcından etibarən aşağıda adları qeyd olunan mahalın:
3 tümən Təbriz pulu məbləğindən ibarət vərgilər məcmu, istər çox və istərsə də azlığına bağlı olmadan, nəsildən-nəslə və arxadan-arxaya keçmək şərti ilə Şəki mahalı tiyuldarlarının dulundan dəyişdirilərək azad edilmiş, uca və yüksək rütbəli Malik Səfiquliyə və onun əmisioğlu Baydar bəyə tapşırılmış və mehribanlıqla mərhəmət olunmuşdur. İndi isə qeyd olunan mahalın maliki uca və yüksək rütbəli Malik Səfıqulu ali divana gələrək yüksək qol çəkilməsini xahiş etmişdir. Buna əsasən qərar verdik ki, oranın hakim və tiuldarı günəş qədər yüksək [şahın] dünya itaət etməli hökmündə göstərildiyi qərar üzrə tədbirlər görüb qeyd olunan mahala qarışmasınlar. Yuxarıda yazılmış məbləğin əvəzini günəş şüalı [şahın] dünya itaət etməli hökmüna uyğun olaraq əzəmətli divan işçilərindən tələb etsinlər. Bu haqda göstəriş verildiyini bilsinlər.
Yazıldı 1056-cı ilin cümadiul-əvvəl ayında. [Möhür izi:] «Allahın lütfü səninlə olarsa, Xosrov dərgahın bəyənilmişlərindən olar. 1056».