Xurşid
Görünüş
| Xurşid Müəllif: Aşıq Ələsgər |
| Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Camalın şöləsi nuri-təcəlla,
Çırağban eyləyib mahalı, Xurşid!
Açıldı niqabın ay qabağından,
Aldı başdan ağlı, kamalı, Xurşid!
Sərv kimi isığal verib anası,
Guşunda güşvara, qızıl tanası.
Bağçalar bülbülü, göllər sonası,
Dağların ceyranı, maralı Xurşid.
Sağdışı Mələkdi, var toy-büsatı,
Anası Nazənin, Həmzədi zatı.
Ələsgərəm, bu cür qızın qiymatı
Min tümən başlıqdı, bahalı Xurşid.