Vətən (Abbas Səhhət): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 23: Sətir 23:


Anadır hər kişiyə öz vətəni,
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsdi üstünde onu.
Bəsləyib sinəsi üstünde onu.


Südüdür ki, dolanib qanım olub,
Südüdür ki, dolanib qanım olub,
Sətir 32: Sətir 32:


Vətənin neməti nisyan olmaz,
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qrban olmaz.
Naxələflər ona qurban olmaz.


Vətən əcdadımızın mədfənidir,
Vətən əcdadımızın mədfənidir,

15:47, 4 noyabr 2014 tarixindəki versiya

Şablon:Header

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə namü-nəmək
Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstünde onu.

Südüdür ki, dolanib qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!